Pressa.az » İdman » Leandro Andrade "Qarabağ"da yubiley qoluna imza atdı

Leandro Andrade "Qarabağ"da yubiley qoluna imza atdı

05 may 2026, Çərşənbə axşamı, 14:29
Leandro Andrade "Qarabağ"da yubiley qoluna imza atdı

Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Liderxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun "Turan Tovuz"la ev qarşılaşmasına (2:1) təsadüf edib.

L.Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.

Qeyd edək ki, Leandro Andrade "Qarabağ"da ilk qolunu 2022-ci aprelin 2-də "Səbail"lə (5:1) çempionat görüşündə vurub.