Pressa.az » İdman » Konfrans Liqasında finala son addım

Konfrans Liqasında finala son addım

07 may 2026, Cümə axşamı, 09:00
Konfrans Liqasında finala son addım

Bu axşam UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin son oyunları keçiriləcək.

Liderxeber.az xəbər verir ki, günün qarşılaşmalarında "Strasburq" "Rayo Valyekano" ilə, "Kristal Pelas" klubu isə "Şaxtyor Donetsk"lə qarşılaşacaqlar.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunlarda "Rayo Valyekano" "Strasburq"a 1:0, "Kristal Pelas" isə "Şaxtyor Donetsk"ə 3:1 hesabı ilə qalib gəlib.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi

30 aprel

23:00, "Strasburq" - "Rayo Valyekano";

23:00, "Kristal Pelas" - "Şaxtyor Donetsk".

Qeyd edək ki, 2025/26 mövsümünün UEFA Konfrans Liqasının finalı may ayının 27-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.