FİFA “Səbail”ə transfer qadağası qoydu
Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.
Liderxeber.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir.
Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.
Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
