Azərbaycan güləşçisi Budapeştdə bürünc medal qazandı
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirində üç güləşçimiz xalçaya çıxıb.
Liderxeber.az xəbər verir ki, Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.
Daha sonra B.Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.
Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və ikiqat Avropa çempionu Nesrin Başa uduzub - 0:10.
Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb - 0:9.
Oxşar Xəbərlər:
19 apr 2023, 01:06
15 sen 2025, 09:00
14 may 2026, 17:40
15 apr 2026, 14:44
