Şahruddin Məhəmmədəliyevin komandası əcnəbi qapıçısı ilə yollarını ayırıb
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi Türkiyənin “Adana Dəmirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırıb.
LiderXəbər xəbər verir ki, Superliqa təmsilçisi bosniya və herseqovinalı qolkiperin müqaviləsinə təktərəfli xitam verib.
Buna səbəb 27 yaşlı oyunçunun adının Türkiyə Futbol Federasiyası tərəfindən klubun iştirak ərizəsinə salınmaması olub. Nəticədə rəhbərlik Karaçiçlə 2025-ci ilin yayına qədər olan sözləşməni ləğv edib.
Qeyd edək ki, Qoran Karaçiç bu mövsüm UEFA Konfrans Liqasının 3 oyununda “Adana Dəmirspor”un formasını geyinib.
Oxşar Xəbərlər:
25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub