Pressa.az » İdman » Dünya çempionu olan futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

Dünya çempionu olan futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

29 sentyabr 2023, Cümə, 16:34
Dünya çempionu olan futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq

Argentina millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Lisandro Martines uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

LiderXəbər xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

25 yaşlı müdafiəçi apreldəki zədəsinin təkrarlanması səbəbindən meydana çıxa bilməyəcək.

Argentinalı oyunçu sentyabrın 3-də "Arsenal"a qarşı Premyer Liqa matçında özünü yaxşı hiss etməyib. O, buna baxmayaraq, növbəti turda "Brayton", Çempionlar Liqasında isə Almaniya "Bavariya"sı ilə görüşlərdə meydana çıxıb.

Qeyd edək ki, Lisandro Martines ötən il Niderland təmsilçisi "Ayaks"dan "Mançester Yunayted"ə keçib. O, 2022-ci ildə Argentina yığması ilə Qətərdəki dünya çempionatının qalibi olub.

Oxşar Xəbərlər: