Pressa.az » İdman » “Sabah”ın futbolçusuna ağır cəza

“Sabah”ın futbolçusuna ağır cəza

03 oktyabr 2023, Çərşənbə axşamı, 13:57
“Sabah”ın futbolçusuna ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

LiderXəbər xəbər verir ki, VIII turun “Səbail” – “Sabah” oyununda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

Komandaların hər birinin 4 futbolçusu sarı vərəqə aldığından, paytaxt klubları 700 manat cərimə edilib.

“Sabah”ın futbolçusu Boyan Letiçin cəzası isə ağır olub. Hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan serbiyalı müdafiəçi 2-si şərti olmaqla 4 oyunluq sanksiya ilə üzləşib. Ona 3 aylıq sınaq müddəti verilib. Letiçin bu davranışı “Sabah”ın 3000 manat cərimələnməsinə səbəb olub.