Pressa.az » İdman » Musa Qurbanlı oynadı, komandası qələbə qazandı

Musa Qurbanlı oynadı, komandası qələbə qazandı

29 aprel 2024, Bazar ertəsi, 09:12
Musa Qurbanlı oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 6-cı tur oyununa çıxıb.

LiderXəbər xəbər verir ki, komanda QAİS-i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Yurqorden" - QAİS - 1:0

Qol: Hummet, 54

Son 3 oyunda adı iştirak ərizəsində yer almayan M. Qurbanlı oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 80-ci dəqiqədə meydana daxil olub.

"Yurqorden" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb. “Malmö” 18 xalla vahid liderdir.