Pressa.az » İdman » "Mançester Siti"nin Bernardo Silva qərarı

"Mançester Siti"nin Bernardo Silva qərarı

23 may 2024, Cümə axşamı, 17:58
"Mançester Siti"nin Bernardo Silva qərarı

"Mançester Siti" yarımmüdafiəçisi Bernardo Silvanı qarşıdan gələn yay transfer pəncərəsində satışa çıxaracaq.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Premyer Liqa klubu 29 yaşlı futbolçuya transfer qiyməti də qoyub. İngiltərə təmsilçisi Bernardonu almaq istəyən klublardan ən azı 58 milyon avro tələb edəcək. Portuqaliyalı oyunçunun "Mançester Siti" ilə müqaviləsi isə 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Silva bu mövsüm 48 oyuna çıxıb, 11 qol vurub və 10 qolun ötürməsini verib.