Pressa.az » İdman » Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

10 iyul 2024, Çərşənbə, 15:45
Qadınlardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Liderxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.

Komanda Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.