Pressa.az » İdman » UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" cavab matçına çıxırlar

UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" cavab matçına çıxırlar

01 avqust 2024, Cümə axşamı, 10:51
UEFA Konfrans Liqası: "Sabah" və "Zirə" cavab matçına çıxırlar

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparan iki komandamız - "Sabah" doğma meydanda, "Zirə" isə səfərdə cavab matçına çıxacaq.

Liderxeber.az xəbər verir ki, səfərdə "Makkabi Hayfa"nı 3:0 hesabı ilə məğlub edən "Sabah" bu gün doğma meydanda da etimadı doğrultmağa çalışacaq.

"Dun Ştreda"nı dörd cavabsız topla məğlub edən "Zirə" də bu gecə səfərdə meydana qələbə əzmi ilə çıxacaq.

Qeyd edək ki, "Sabah" "Makkabi Hayfa"nı Bakı vaxtı ilə saat 20:00-da qəbul edəcək. "Dun Ştreda" "Zirə" görüşü isə Bakı vaxtı ilə saat 22:30-da keçiriləcək.

1 Avqust

"Sabah" - "Makkabi Hayfa"

Saat 20:00, "Bank Respublika Arena" (Masazır)

"Dun Ştreda" - "Zirə"

Saat 22:30, "MOL Arena"(Dunayska Ştreda)