Pressa.az » İdman » Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək

Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək

03 avqust 2024, Şənbə, 08:51
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı və basketbol millisi çıxış edəcək

Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

Liderxeber.az-ın məlumatına görə, ilk olaraq avarçəkənimiz Diana Dımçenko mübarizəyə start verəcək.

Təmsilçimiz C finalında 13-18-ci yerlər uğrunda mübarizə aparacaq. Daha sonra Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsinə qatılacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 7-ci matçında Kanada ilə üz-üzə gələcək. Bununla da Ratomir Deliçin yetirmələri qrupdakı görüşlərini başa vuracaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.