Pressa.az » İdman » Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub

Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub

06 avqust 2024, Çərşənbə axşamı, 15:38
Paris-2024: Mariya Stadnik 1/4 final mərhələsində məğlub olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Liderxeber.az-ın məlumatına görə, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.

Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.