Pressa.az » İdman » Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub

08 avqust 2024, Cümə axşamı, 20:16
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurub

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Liderxeber.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.

Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Rzazadə rəqibinə məğlub olub - 4:11. Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.