Pressa.az » İdman » Güləşçimiz yarımfinalda - Yenilənir

Güləşçimiz yarımfinalda - Yenilənir

10 avqust 2024, Şənbə, 15:07
Güləşçimiz yarımfinalda - Yenilənir

Azərbaycan güləşçisi Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Liderxeber.az xəbər verir ki, o, Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

İdmançımız bu görüşdə 9:0 hesablı rahat qələbə ilə 1/4 finala çıxıb.

***

Azərbaycan güləşçisi Maqomedxan Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəsini davam etdirir.

93 kq çəki dərəcəsində çıxış edən güləşçimiz 1/4 finalda polşalı Mateus Baranovski ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Maqomedov yarımfinala adlayıb.