Pressa.az » İdman » Sənan Süleymanov bürünc medal uğrunda yarışacaq

Sənan Süleymanov bürünc medal uğrunda yarışacaq

07 avqust 2024, Çərşənbə, 08:21
Sənan Süleymanov bürünc medal uğrunda yarışacaq

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Liderxeber.az xəbər verir ki, o, 1/8 finalda Bolqarıstanı təmsil edən erməniəsilli Aik Mnatsakanyanla qarşılaşıb.

Güləşçimiz bu görüşdə 2:0 hesablı qələbə ilə 1/4 finala adlayıb. Sənan Süleymanov 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib. İdmançımız bu görüşdə qələbə qazanaraq yarımfinala çıxıb. 

Sənan Süleymanov növbəti görüşünə çıxıb.

Qazaxıstanlı rəqibi Demeu Zadrayevə 6:1 hesabı ilə məğlub olan güləşçimiz finala vəsiqə qazana bilməyib.