Pressa.az » İdman » "Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

12 avqust 2024, Bazar ertəsi, 14:07
"Mançester Yunayted"in futbolçusu digər Premyer Liqa klubuna transfer olunacaq

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Aaron Van-Bissaka digər Premyer Liqa komandası "Vest Hem"ə transfer olunacaq.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı ingiltərəli müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək.

Futbolçu bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Van-Bissaka 2023/2024 mövsümündə meydana çıxdığı 30 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.