Erməni futbolçu "Qalatasaray"a keçməkdən imtina edib
"Lokomotiv"in və Ermənistan millisinin müdafiəçisi Nair Tiknizyan qış "transfer pəncərəsi"ndə "Qalatasaray"a keçməkdən imtina edib.
LiderXəbər xarici KİV-ə istinadla xəbər verir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin gərgin olması 24 yaşlı futbolçunun bu təklifdən imtina etməsinə səbəb olub.
"Qalatasaray" sol cinah müdafiəçisini satdıqdan sonra Tiknizyanın transferini gerçəkləşdirmək istəsə də, məsələ rəsmi danışıqlara getməyib.
Erməni müdafiəçi 2021-ci ildə CSKA-dan “Lokomotiv”ə keçib. O, 82 matçda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM