Harri Keyn “Qızıl buts” mükafatı aldı - Foto
Ötən mövsüm Avropanın 5 ən böyük liqasının ən çox qol vuran futbolçusu olan “Bavariya”nın hücumçusu Harri Keynə “Qızıl buts” mükafatı təqdim olunub.
Xatırladaq ki, 31 yaşlı oyunçu 2023-cü ilin avqustunda “Tottenhem”dən “Bavariya”ya keçib. O, Münhen təmsilçisi ilə 2023/2024 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub.