Renat yenə fərqlənməyi bacardı
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” klubu doğma meydanda “İstanbulspor”u məğlub edib.
Liderxeber.az xəbər verir ki, millimizin üzvü görüşün 39-cu dəqiqəsində hesabı açaraq komandasını irəli çıxarıb.
Qonaqlar 68-ci dəqiqədə bərabərlik qolunu vurub. Bu dəfə Muammer Sarıkaya fərqlənib.
Matçda Ekfan Bekiroğlu 89-cu dəqiqədə son nöqtəni qoyub və qarşılaşma “Ankaragücü”nün 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda “Ankaragücü” turnir cədvəlində 6 xalla 8-cidir. “İstanbulspor” isə 9 xalla 2-ci yerdə qərarlaşıb.