Pressa.az » İdman » Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazanıb

Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazanıb

07 sentyabr 2024, Şənbə, 12:06
Paris-2024: Azərbaycan paracüdoçusu 1/4 finala vəsiqə qazanıb

Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Liderxeber.az-ın məlumatına görə, 70 kq-dan yuxarı çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.