UEFA ÇL: Liqa mərhələsində IV tura doqquz görüşlə yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura keçiriləcək doqquz görüşlə yekun vurulacaq.
Liderxeber.az xəbər verir ki, "Klub Brügge" "Aston Villa" ilə, "Şaxtyor" isə "Yanq Boyz"la saat 21:45-də üz-üzə gələcək.
Günün böyük maraqla gözlənilən görüşlərində "İnter" "Arsenal"la, PSJ isə "Atletiko Madrid"lə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər gecəyarısı start götürəcək.
06 Noyabr
UEFA Çempionlar Liqası
IV tur
Saat 21:45, "Brügge" - "Aston Villa";
Saat 21:45, "Şaxtyor" - "Yanq Boyz";
Saat 00:00, "Bavariya" - "Benfika";
Saat 00:00, "Srvena Zvezda" - "Barselona";
Saat 00:00, "Feyenoord" - "Zalsburq";
Saat 00:00, "İnter" - "Arsenal";
Saat 00:00, PSJ - "Atletiko Madrid";
Saat 00:00, "Sparta Praqa" - "Brest";
Saat 00:00, "Ştutqart" - "Atalanta".
Oxşar Xəbərlər:
01 oktyabr 2024, Çərşənbə axşamı
UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə, "Bayer Leverkuzen" isə "Milan"la üz-üzə