Pressa.az » İqtisadiyyat » Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

03 noyabr 2025, Bazar ertəsi, 09:39
Mobil rabitə şirkətləri doqquz ayda 932 milyon manat gəlir əldə edib

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri 2 milyard 740.7 milyon manat təşkil edib.

Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6.7% artım deməkdir.

Qeyd olunan dövrdə göstərilən xidmətlərin ümumi dəyərinin 72.6%-i əhali tərəfindən istehlak olunub.

Sahə üzrə əldə edilən gəlirin 34%-i, yəni 932.3 milyon manatı mobil telefon rabitəsi xidmətlərinin payına düşüb.