Pressa.az » İqtisadiyyat » Neftimiz bahalaşdı

Neftimiz bahalaşdı

30 aprel 2026, Cümə axşamı, 09:51
Neftimiz bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Liderxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,43 ABŞ dolları və ya 5,55% artaraq 122,32 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 115,89 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.