Avropada təbii qaz 7%-dən çox bahalaşıb
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 440 ABŞ dollarına yaxınlaşır.
LiderXəbər xəbər verir ki, 9 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 436,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (415,1 dollar) ilə müqayisədə 7,3% çoxdur.Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər