Taleh Kazımov bank rəhbərləri ilə görüşüb
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərlərilə görüşərək son makroiqtisadi meyillər və proqnozları müzakirə edib.
Liderxəbər xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, görüşdə həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib. "Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib" - AMB-dən bildirilib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
07 yanvar 2023, Şənbə
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara vergi təşviqləri verilib
31 yanvar 2023, Çərşənbə axşamı
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, saxlanılanlar var