Pressa.az » İqtisadiyyat » Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 17 faizdən çox artıb

Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 17 faizdən çox artıb

09 may 2024, Cümə axşamı, 16:30
Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 17 faizdən çox artıb

Bu ilin birinci rübündə Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsi 89 milyon 252 min ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Koreya Respublikasına 104 min ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 43,8 % çoxdur.

İlin üç ayında Azərbaycan Koreya Respublikasından əvvəlki ilin eyni dövrün ilə müqayisədə 17,4 % olmaqla 89 milyon 147 min ABŞ dolları dəyərində məhsul idxal edib.