COP29 könüllüləri üçün qeydiyyat başlayıb
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.
Proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.
COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.
Oxşar Xəbərlər:
27 may 2024, Bazar ertəsi
Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib
21 fevral 2024, Çərşənbə
Prezident İlham Əliyev 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı iştirakçılarına məktub ünvanlayıb