Pressa.az » İqtisadiyyat » Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 17 % artırıb

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 17 % artırıb

04 yanvar 2025, Şənbə, 14:58
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 17 % artırıb

Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

Liderxeber.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 % çoxdur.

Təkcə dekabrda Türkiyə Azərbaycana 1,766 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6 % çoxdur.

Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,5 % artaraq 2,728 milyard ABŞ dollarına, dekabrda isə 5,3 % artaraq 248 milyon ABŞ dollarına çatıb.