Pressa.az » Media » Ürək üçün ən faydalı payız tərəvəzi

Ürək üçün ən faydalı payız tərəvəzi

17 oktyabr 2023, Çərşənbə axşamı, 09:57
Ürək üçün ən faydalı payız tərəvəzi

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir.

Alimlər sübut edir ki, balqabaq ürək və damarlar üçün ən faydalı payız tərəvəzidir. Balqabaq ürəyin funksiyalarını yaxşılaşdırır və ürəyi möhkəmləndirir, kaliumun sayəsində orqanizmi artıq mayedən azad edir.

Balqabaq aterosklerozdan müdafiə edən ən faydalı tərəvəz sayılır. Balqabağın əti və tumları damarların divarlarının vəziyyətini yaxşılaşdırır, onların elastiklini artırır.

Həmçinin mis və dəmirlə zəngin olan baqlqabaq qanın tərkibində də çox müsbət təsir edir.

LiderXəbər xəbər verir ki, pektin və qidalı liflər sayəsində bu tərəvəz orqanizmdən ziyanlı maddələrin, artıq xolesterinin xaric edilməsini stimullaşdırır.

Balqabaq qaraciyər üçün ən faydalı tərəvəzlərdən biridir.

Tərəvəz A vitamini ilə də zəngindir. Bu vitamin ən güclü antioksidantlardan biridir, orqanizmi müxtəlif xəstəliklərdən qoruyur, dərinin vəziyyətini yaxşılaşdırır, immuniteti və görməni möhkəmləndirir.  

Mütəxəssislər hipertoniya, ateroskleroz, qan dövranı çatışmazlığından əziyyət çəkənlərə mütləq balqabaq istehlak etməyi tövsiyə edirlər.