Pressa.az » Media » Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir - FOTO

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir - FOTO

16 iyul 2024, Çərşənbə axşamı, 11:11
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir - FOTO

"Təzəpir" məscidində Aşura günü münasibətilə qanvermə aksiyası keçirilir.

Liderxeber.az xəbər verir ki, sözü gedən məsciddəki aksiyaya indiyədək 100 nəfərdən çox insan qatılıb. Qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri də iştirak edirlər.

Qeyd edək ki, aksiyanın təşkilində B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun tibbi heyəti iştirak edir.

Xatırladaq ki, bu il qanvermə tədbirləri aşağıdakı ünvanlarda təşkil olunub:

Bakı şəhəri üzrə:

l. Yasamal rayonu "Təzə Pir" məscidi;

2. Nəsimi rayonu "Əjdərbəy" məscidi;

3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;

4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;

5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;

6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;

7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;

8. Binəqədi rayonu "İmam Əli" məscidi

Regionlar üzrə:

l. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;

2. Sumqayıt şəhər "Cümə" məscidi;

3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;

4. Masallı şəhər "Cümə" məscidi;

5. Mingəçevir şəhər "Heydər" məscidi;

6. Şəki şəhər "İmam Əli" məscidi;

7. Şirvan şəhər məscidi;

8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;

9. Quba şəhər "Ərdəbil" məscidi

10 Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;

11.Xaçmaz şəhər məscidi;

12.Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi