Azərbaycan qızıl ixracından gəlirini 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Liderxeber.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 46,7 milyon ABŞ dolları və yaxud 3,5 dəfə çoxdur.
Təkcə martda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb