Bakı metrosunda körpə doğuldu

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

19 iyul 2024, Cümə
"Sinir sistemi həftəsi" çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib - FOTOLAR

05 dekabr 2024, Cümə axşamı
Bakı metrosunda növbəti texniki problem: Vəd olunan xüsusi iclasdan hansı nəticə çıxdı?