Pressa.az » Ölkə » TƏBİB rəsmisi: "Azərbaycanda Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi açılacaq"

TƏBİB rəsmisi: "Azərbaycanda Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi açılacaq"

15 oktyabr 2025, Çərşənbə, 12:25
TƏBİB rəsmisi: "Azərbaycanda Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi açılacaq"

"Azərbaycanda Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi açılacaq".

Bunu Liderxeber.az-ın sualına cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev deyib.

O bildirib ki, Yeni Klinikada 3600 kvadrat metr sahədə yaradılacaq bu mərkəz ən son texnologiyalar ilə təchiz edilib:

"Burada reabilitasiya və fizioterapiyada yeni robotik müalicə üsulu tətbiq olunacaq. Bu mərkəz nəinki Azərbaycan, Cənubi Qafqazın ən böyük reabilitasiya mərkəzi olacaq".