Evində yanğın oldu, tüstüdən boğulub öldü - Yenilənib

Oktyabrın 21-i Bakıda yerləşən mənzillərin birində yanğın baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində olub.
Belə ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verib və o, tüstüdən boğularaq ölüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb:
“Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
Oxşar Xəbərlər:

