Pressa.az » Ölkə » Bakıda 34, bölgələrdə 37 dərəcə isti olacaq - PROQNOZ

Bakıda 34, bölgələrdə 37 dərəcə isti olacaq - PROQNOZ

26 iyun 2023, Bazar ertəsi, 12:29
Bakıda 34, bölgələrdə 37 dərəcə isti olacaq - PROQNOZ

İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindənverilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
25 may 2023, Cümə axşamı
Sabahın hava proqnozu
Şənbə gününün hava proqnozu
07 aprel 2023, Cümə
Şənbə gününün hava proqnozu
Sabahın hava proqnozu
30 may 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq