Pressa.az » Ölkə » Şənbə gününün hava proqnozu

Şənbə gününün hava proqnozu

07 aprel 2023, Cümə, 13:00
Şənbə gününün hava proqnozu

Aprelin 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindənverilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Oxşar Xəbərlər:

Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq
Sabahın hava proqnozu açıqlanıb
05 aprel 2023, Çərşənbə
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
28 mart 2023, Çərşənbə axşamı
Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Sabahın hava proqnozu
01 mart 2023, Çərşənbə
Sabahın hava proqnozu