Pressa.az » Ölkə » Avtomobil ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

Avtomobil ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

19 noyabr 2025, Çərşənbə, 13:44
Avtomobil ağaca çırpıldı, sürücü xəstəxanalıq oldu

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, Bərquşad yolunun Cəyirli kəndindən keçən hissəsində “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.