Pressa.az » Ölkə » Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

17 dekabr 2025, Çərşənbə, 09:47
Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.

Liderxeber.az xəbər verir ki, hadisə dekabrın 16-sı şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini 2009-cu il təvəllüdlü T.Ş. bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun həmyaşıdı N.A. saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlkin məlumata görə, hadisə küçədə baş vermiş mübahisə zəminində törədilib.