Pressa.az » Ölkə » Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

19 dekabr 2025, Cümə, 14:30
Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb

Beyləqanda dörd yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Tatalılar kəndində baş verib.

Kənd sakini 2021-ci il təvəllüdlü Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanıb.