Pressa.az » Ölkə » Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

08 noyabr 2023, Çərşənbə, 10:17
Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Külək Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.


Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Noyabrın 7-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb. Noyabrın 8-i gündüz və 9-da ölkə ərazisində hava şəraitnin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.