2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 520 milyon 475 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib.
LiderXəbər Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.4 faiz və ya 80.6 milyon ABŞ dolları dəyərində azalma olub.
Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3.29 %-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4.67%-nə bərabər olub.