Pressa.az » Ölkə » Dovşan ilinin son iş gününün - Havası

Dovşan ilinin son iş gününün - Havası

29 dekabr 2023, Cümə, 14:28
Dovşan ilinin son iş gününün - Havası

Dekabrın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Oxşar Xəbərlər:

Sabahın havası açıqlandı
21 dekabr 2023, Cümə axşamı
Sabahın havası açıqlandı
Sabah dumanlı hava olacaq - PROQNOZ
30 oktyabr 2023, Bazar ertəsi
Sabah dumanlı hava olacaq - PROQNOZ
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq