Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

06 yanvar 2024, Şənbə, 13:13
Sabahın hava proqnozu

Yanvarın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
26 dekabr 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
02 noyabr 2023, Cümə axşamı
Sabahın hava proqnozu