Edi Rama Prezident İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
LiderXəbər xəbər verir ki, Edi Rama “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”.
Oxşar Xəbərlər:
20 dekabr 2023, Çərşənbə
AHİK İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib, bəyanat oxunub - TAM MƏTN
31 yanvar 2024, Çərşənbə
Xaricdəki azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM