Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

28 fevral 2024, Çərşənbə, 17:30
Sabahın hava proqnozu

Fevralın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Oxşar Xəbərlər:

Şaxta olacaq, yollar buz bağlayacaq
26 fevral 2024, Bazar ertəsi
Şaxta olacaq, yollar buz bağlayacaq
Yollar buz bağlayacaq, 17° şaxta olacaq
27 fevral 2024, Çərşənbə axşamı
Yollar buz bağlayacaq, 17° şaxta olacaq
Qar yağacaq, yollar buz bağlayacaq
29 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI
24 yanvar 2024, Çərşənbə
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI