Əkinçilik ETİ-də elmi və elmi-təşkilati fəaliyyətinin illik yekun hesabatı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin illik yekun hesabatı keçirilib.
LiderXəbər xəbər verir ki, hesabat yığıncağında AR KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, ƏETİ-nin rəhbərliyi və kollektivi, institutun tərkibində fəaliyyət göstərəb Bölgə Təcrübə Stansiyalarının, Yardımçı Təcrübə Təsərrüfatlarının, Dayaq Məntəqələrinin rəhbərləri, o cümlədən aidiyyati qurumların nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağını giriş sözü ilə ƏETİ-nin direktoru F.Xudayev açaraq 2023-cü il üzrə institutun elmi və elmi-təşkilati fəaliyyətindən bəhs edib.
Sonra çıxış edən F.Kərimov institutun fəaliyyəti ilə bağlı aktual məsələlərə və problemlərə toxunub, tövsiyələrini verib.
İnstitutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova “ƏETİ-nin 2023-cü il üzrə elmi fəaliyyətinin illik yekun hesabatı”, istehsalat üzrə direktor müavini Qərib Novruzlu isə “ƏETİ-nin 2023-cü məhsul ili üçün təsərrüfat fəaliyyəti” üzrə təqdimatla çıxış ediblər.
İnstitutun Bölgə Təcrübə Stansiyalarının, Yardımçı Təcrübə Təsərrüfatlarının, Dayaq Məntəqələrinin direktorları 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına, problemlərə və qarşıda duran vəzifələrə dair illik hesabatla çıxış ediblər.
Sonda suallar səsləndirilib, müzakirələr aparılıb.