Neftçalada Tibb İşçilərinin Peşə Bayramı qeyd olunub
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Liderxeber.az xəbər verir ki, tədbirdən iştirakçıları Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının rəhbərinin, RİH-in məsul şəxslərinin, hüquq- mühafizə orqanlarının rəhbərləri, Neftçala RMX Publik hüquqi şəxsin həkim heyyətinin iştirakı ilə “Yaşın dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, dünyasını dəyişən səhiyyə işçilərinin ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirilən islahatların tibb sahəsində də öz bəhrəsini verdiyini diqqətə çatdırıb, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün bazanın yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bu gün Ulu Öndərin həyata keçirdiyi islahatları Prezident cənab İlham Əliyevin uğurla davam etdirməsi, bölgələrdə müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunması, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətinin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondununda rolu danılmazdır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstəricisi olmasını, səhiyyəmizin hər il yeni-yeni uğurlarla yadda qalması və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun laiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən laiqincə davam etdirilməsi diqqətə çatdıılıb. Bu diqqət və qayğıya görə həkim kollektivi ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup işçi heyyəti fəxri fərmanlarla təltif olunublar.