Pressa.az » Ölkə » Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

17 mart 2023, Cümə, 11:06
Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

Milli Məclisin iclası başlayıb.

Liderxəbərin xəbərinə görə, iclasın gündəliyinə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı Baş naziri Əli Əsədov təqdim edəcək.