Bu il Azərbaycanda taksidən 10,647 mln. nəfər istifadə edib
Cari ilin yanvar-fevral ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 19 mln. ton yük, 236,6 mln. sərnişin daşınıb.
Liderxəbər Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 2.9% və 21,4% artım qeydə alınıb.
Qeyd edək ki, sərnişinlərin 95,5%-i avtobus, 4,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 23.1% artıb